XEBERNUR.info
 Valyuta məzənnəsi

Laçın rayon MKS - nin işçi kollektivi olaraq, Şəhid Nəcəfov Etibar Mehman oğlunun ailəsini ziyarət etdilər

Oxunub: 61 Tarix:5-10-2021, 09:50

Laçın rayon MKS - nin  işçi kollektivi olaraq, Şəhid Nəcəfov Etibar Mehman oğlunun ailəsini ziyarət etdilərLaçın rayon MKS - nin işçi kollektivi olaraq, Şəhid Nəcəfov Etibar Mehman oğlunun ailəsini ziyarət etdik.
Etibar Nəcəfov Vətən müharibəsi zamanı, igidliyi, cəsarəti ilə tarix yazan şəhidlərimizdən biridir.

Laçın rayonunun Şeylanlı kənd sakini Nəcəfov Etibar Mehman oğlu 14 noyabr 1998-ci il tarixində Ağcabədi rayonunun Aran kəndində anadan olub. 2017-2018-ci illərdə hərbi xidmət zamanı Xüsusi Təyinatlı Kəşfiyyat Bölmələrində təlimlər keçib, ön xətdə göstərdiyi xidmətlərinə görə təltif edilib. 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılıb. Oktyabrın 1-dən Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı, həmçinin, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Qürurla anırıq. Allah rəhmət eləsin!

Oxunub: 61



XƏBƏR LENTİ