XEBERNUR.info
 Valyuta məzənnəsi

Humanitar Kollecin Direktoru "COVİD-19" xəstələrini məcburi işə çıxarır-Video

Oxunub: 286 Tarix:25-03-2021, 12:09

Humanitar Kollecin Direktoru "COVİD-19" xəstələrini məcburi işə çıxarır-Video

Azerses TV-yə daxil olan məlumata görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində olan Humanitar Kollecində ölkədə karantin rejimi olmasına və tədris müəssisələrinin onlayn dərs rejiminə keçməsinə baxmayaraq kollec direktoru Nərmin Qaralova tərəfindən müəllimələr və texniki işçilər məcburi qaydada işə çıxarılır. Məlumatı verən mənbə bildirir ki, direktorun bu qərarından sonra kollecdə "COVİD-19"-a yoluxanların sayı kəskin artıb. Direktorun qanunsuz olaraq işçiləri zorla işə çıxarmasından sonra kollecin əməkdaşları Mustafayeva Göyçək, Zeynalova Tinatin, Həsənli Günel, Məmmədova Fərəh virusa yoluxub və ağır vəziyyətdə xəstəxanadadırlar. Mənbə iddia edir ki, yoluxanlardan Məmmədova Fərəh Direktor Nərmin Qaralova tərəfindən bülletendə olmasına baxmayaraq zorla işə çağırılıb.

Direktor Nərmin Qaralovanın qanunsuz hərəkətləri qurbansız da ötüşməyib. Kollecdə Laborant vəzifəsində çalışan Quliyeva Hicran qanunsuz olaraq məcburi işə çağırıldığına görə virusa yoluxub və dünyasını dəyişib.
Qeyd edək ki, adı çəkilən kollecin direktoru Nərmin Qaralova bir neçə müddət öncə "azyaşlı" kollec tələbəsi qızı "Şamtutan" deyə təhqir etdiyinə görə ölkə ictimaiyyətinin ciddi qınağına səbəb olmuşdu.
Azerses TV olaraq qarşı tərəfin də mövqeyini öyrənməyə və dərc etməyə hazırıq



Xəbərnur

Oxunub: 286



XƏBƏR LENTİ