XEBERNUR.info
 Valyuta məzənnəsi

UNUTMA və UNUTDURMA

Oxunub: 414 Tarix:14-11-2020, 23:28

UNUTMA və UNUTDURMA.

Mən Abbasov Samir Nəriman oğlu.
18.04.1986_ ci ildə Bakı şəhərində anadan olmuşam.
1994 _cu ildə isə Samir Haciyev adına 5- sayli orta məktəbə daxil olmuşam.

2005 ci ildə 30 _saylı orta məktəbi bitirmişəm.
2005 _ci il Oktyabırında
N/ saylı hərbi xidmətə yollanmışam.

2007 -ci ildə Aprel ayında ehtiyata buraxılmışam.
Daha sonra "Ag şəhərdə" muhafizədə qrup rəhbəri vəzifəsində xidmət göstərmişəm.

Azərbaycan Respublikasının Ali Baş komandanının qismən səfərbərlik elanını eshitdiyim andan, evdə oturaraq bahalı maşınlarla gəzib eylənməyi özümə ar bilmişəm.

Bunun üçün də Vətənimi - Torpagımı qorumaq üçün yollandım hərbi vayenkomata.

Mən könüllü olaraq müraciyət etdim.
Ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılım və daxil olum və oldum.

Qeyd edim ki, Ordu sıralarına sentyabr ayının 28_də N saylı hərbi hissəyə daxil olmagı özümə fəxr bildim. Mənim üçün fəxr olar ki, Vətənim ugrunda vuruşaram döyüş yoldaşlarımla birgə...
Daha sonra yola düşdüm işğalda olan Fizluli şəhərinə, Fizuli şəhərinin yuxarı veysəlli kəndinə.

Şükürlər olsun ki, Fizluli şəhərini düşmən tərəfindən işgaldan azad etdik...
Azad edəndən sonra da Xocavəndə doğru istiqamət aldıq.

Noyabr ayının 4_də Xocavənd istiqamətində gedən qızğın döyüşlərdə düşmən mərmilər ilə müxtəlif bədən xəsarətləri aldım və döyüş mövqeyindən təxlis olundum.

Yaralanmağımdan şikayətlənmirəm vətən sag olsun.
Əgər Vətənə Ana deyiriksə bizdə bu Vətənin ogullarıyıq.
Ananı qorumaga ogul gərəkdir.
Məndə üzərimə düşən borcu yerinə yetirdim və
bununla da fəxr edirəm.

Ali Baş komandanın verdiyi əmri yerinə yetirməkdən özümlə qurur duyuram... Düşməni bizim müqəddəs torpaqlarımızdan 'ITI QOVAN KIMI QOVDUQ" BAŞDA ALI BAŞ KOMANDAN OLMAQLA,
Bu QƏLƏBƏ Münasibəti İlə Bütün Azərbaycan xalqını təbrik edirəm.

UNUTMA və UNUTDURMA
UNUTMA və UNUTDURMA
UNUTMA və UNUTDURMA
UNUTMA və UNUTDURMA



Xəbərnur

Oxunub: 414



XƏBƏR LENTİ