XEBERNUR.info
 Valyuta məzənnəsi

Mirqafar Seyidov Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildi. Mirqafar Seyidov kimdir?-Dosye

Oxunub: 45 Tarix:14-11-2020, 23:15

Mirqafar Seyidov Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildi. Mirqafar Seyidov kimdir?-Dosye


Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov Daxili İşlər Naziri Vilayət Eyvazovun əmri ilə tutduğu vəzifədən azad edilərək DİN Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə “Turan” informasiya agentliyi məlumat yayıb.

Xatırladaq ki, Mirqafar Seyidov 1989-cu ildə daxili işlər orqanlarında xidmətə başlamış, cinayət axtarışı strukturlarında müxtəlif vəzifələrdə işləmişdir. 2005-2007-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Miqrasiya Xidmətinin rəis müavini, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, DİN Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləmişdir.

2014-cü ilin noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 393 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə Cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fərqləndiyinə görə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2015-cu il 1 iyul tarixli Sərəncamı ilə Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Azerses.az

Xəbərnur

Oxunub: 45



XƏBƏR LENTİ