XEBERNUR.info
 Valyuta məzənnəsi

Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb

Oxunub: 133 Tarix:30-10-2020, 14:07

Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb


Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini atəşə tutmaqda davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edir.

Ermənilər rayon ərazisinə gün ərzində 20-yə yaxın top mərmisi atıb.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür.

Xəbərnur

Oxunub: 133



XƏBƏR LENTİ