XEBERNUR.info
 Valyuta məzənnəsi

Pandemiya vərəmlə mübarizəni çətinləşdirib

Oxunub: 44 Tarix:15-10-2020, 09:29

Pandemiya vərəmlə mübarizəni çətinləşdirib


COVID-19 pandemiyasına qədər bir çox ölkələr vərəmlə mübarizə sahəsində öz göstəricilərini ardıcıl olaraq yaxşılaşdırmışdı. Son 4 ildə yoluxma sayı 9 faiz, ölüm nəticələrinin sayı isə 14 faiz azalmışdı. Ancaq ÜST-dən verilən məlumata görə, koronavirusun yayılması bu il qarşıda qoyulan vəzifələrin yerinə yetirilməsinə imkan verməyəcək.

Xezerxeber.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, keçən il 1,4 milyon insan vərəmlə bağlı xəstəliklərdən dünyasını dəyişib. Hesabat dövründə bu infeksiyaya yoluxmuş 10 milyon insanın 3 milyon halında diaqnoz ya qoyulmamış ya da səlahiyyətli orqanlara bu barədə məlumat verilməmişdir.

Daha təhlükəli vəziyyətdə də antibiotiklərə qarşı davamlı vərəm formasına malik xəstələrdir. Onların sayı bir il ərzində 465 min artıb və yeni yoluxmuş şəxslərdən yalnız 40 faizi müalicə alır. Vərəmin profilaktikası sahəsində də göstəricilərin azalması qeyd olunur. "Hələ də hər kəs vaxtında diaqnoz və vərəmin səmərəli müalicəsinə bərabər çıxış əldə edə bilmir, - deyə ÜST rəhbəri doktor Tedros Adhanom Qebreyesus bildirib. Onun sözlərinə görə, 2022-ci ildə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün daha çox səy göstərmək lazımdır: "2018-2019-cu illərdə 14 milyon insan bu xəstəlikdən müalicə alırdı, bu, 2018-ci ildən 2022-ci ilədək əldə edilməsinə qərar verilən göstəricilərin üçdə biridir. Eyni müddət ərzində təqribən 6,3 milyon insan profilaktik proqramlarına çıxış əldə edib - 2022-ci ilə qədər onların sayı 30 milyona çatmalıdır.

Əsas problemlərdən biri maliyyələşdirmə olaraq qalır. Xüsusilə, bu il qlobal miqyasda infeksiyaya qarşı mübarizəyə 6,5 milyard dollar ayrılıb, baxmayaraq ki, dövlət başçıları tərəfindən qəbul edilmiş Vərəm üzrə Siyasi Bəyannaməyə əsasən bu məbləğ 13 milyard dollar təşkil etməli idi. Pandemiya və tibbi xidmətlərin işində onunla əlaqəli fasilələr gecikməni artırdı və xəstələnmə statistikalarını toplamaq və idarə etmək üçün maneə törətdi. Belə ki, cari ilin ilk altı ayı ərzində ən çox vərəm xəstəsi olan üç ölkədə – Hindistan, İndoneziya və Filippində keçən ilin analoji dövrü ilə müqayisədə yeni halların sayı üçdə bir qədər azalıb”.

ÜST xəbərdarlıq edir ki, diaqnostikadakı bu cür boşluqlar bu xəstəlikdən ölümün kəskin artmasına səbəb ola bilər. Mütəxəssislər vəziyyəti düzəltməyə yönəlmiş müxtəlif tədbirləri, o cümlədən, rəqəmsal texnologiyaların istifadəsini təklif edirlər.

"Ölkələr, vətəndaş cəmiyyətinin nümayəndələri və digər tərəfdaşlar həm vərəmlə, həm də COVID-19-la mübarizədə ehtiyacı olanları təmin etmək üçün pandemiya qarşısında güclərini birləşdirirlər”, - deyə ÜST-ün vərəm üzrə qlobal proqramının direktoru doktor Tereza Kaseva bildirib.

Xəbərnur

Oxunub: 44



XƏBƏR LENTİ