XEBERNUR.info
 Valyuta məzənnəsi

Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək? - Rəsmi

Oxunub: 58 Tarix:4-09-2020, 15:01

Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək? - RəsmiTəhsil Nazirliyi onlayn dərslərin keçirilməsi üçün məktəbyaşlı uşağı olan hər ailəyə bu qurum tərəfindən bir planşetin veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.



Xebernur.info xəbər verir ki, nazirlikdən Trend-ə bu məlumatın doğru olmadığı bildirilib.



Pandemiya ilə əlaqədar siniflərdə əlavə partaların qoyulması, xüsusi nişanlarla işarə edilmə və s. kimi dəyişikliklərin edilib-edilməməsinə gəldikdə, TN-dən qeyd edilib ki, hazırda bu məsələ ilə bağlı İşçi qrup tərəfindən hazırlıq işləri aparılır.



Nazirlik bu barədə ictimaiyyətə məlumat veriləcəyini də açıqlayıb.

Oxunub: 58



XƏBƏR LENTİ